Yazıçılar Birliyində pul davası: "Həmin pul konvertlərə və suya xərclənib"

16-10-2019 [16:28]
Oktyabrın 14-də bir qrup yazıçı və şairə Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbu orqanı olan "Ədəbiyyat” qəzeti tərəfindən "Əli bəy Hüseynzadə” mükafatı verilib. 

Sosial şəbəkələrdə mükafatçılara 250 manatı alacaqlarına dair qol çəkdirsələr də, onlara bu məbləğin 200 manatının verildiyi bildirilib.

Məsələ ilə bağlı Kult.az-a danışan "Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib:

"Bu o qədər gülünc söhbətdir ki, heç cavab da vermək istəmirəm. Deyilənlərin hamısı böhtandır. Bu, yalnız mükafata qara yaxmaq istəyənlərin uydurmasıdır. Mükafata ayrılan vəsait qəzetin şəxsi vəsaitidir, büdcədən deyil. Ümumilikdə 13 nəfərə 200 manat mükafat verilib, qalan 50 manat da plaketlərin hazırlanmasına, konvertlərə, tədbirdə masalara qoyulan sulara və s. xərclənib. Bunu da laureatların hamısı bilir. Özümüz ayırdığımız pulu kəsməkdə məqsədimiz nə ola bilər ki?”.


SON XƏBƏRLƏR