İrandan şok qərar: "Traktor"çu "Barış Pınarı"na dəstək verdiyi üçün futboldan uzaqlaşdırıldı + FOTO

img

16-10-2019 [15:49]


İran Futbol Federasiyası misli görünməmiş biabırçılığa imza atıb. 

Avropa.info xəbər verir ki, İFF Təbrizin "Traktor" futbol klubunun oyunçusu Mehdi Babrinin müvəqqəti olaraq futboldan uzaqlaşdırılması haqda qərar verib. 

İFF bu rüsvayçı qərarı Azərbaycan türkü olan Mehdi Babrini Türkiyənin PKK terror təşkilatına qarşı həyata keçirdiyi "Barış Pınarı" əməliyyatına dəstək verdiyi və instaqram hekayəsində Türkiyə bayrağını paylaşdığı üçün verib.  

İran Futbol Federasiyasının  saytında yayımlanan şərhdə "Traktor Futbol Komandasının oyunçusu Mehdi Babri idmançıya yaraşmayan davranış səbəbiylə müvəqqəti olaraq futboldan uzaqlaşdırıldı" deyilir.

Qeyd edək ki, İran hökuməti Türkiyənin PKK-ya qarşı həyata keçirdiyi antiterror əməliyyatına qarşı çıxıb.

Ceyhun Aşirov adlı şəxsin şəkli.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR