Azərbaycan və Ermənistan xarici işlər nazirləri Londonda görüşəcək?

16-10-2019 [14:55]
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinə dair növbəti görüşü dekabr ayında Bratislavada keçirilə bilər".

Bu barədə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Xankəndində jurnalistlərə bildirib.

"İki ölkənin XİN başçıları razılaşarsa, görüşləri dekabr ayında Bratislavada keçirilə bilər. Lazım gələrsə, bu görüşü təşkil edə bilərik”, – həmsədr deyib.

Qeyd edək ki, bu il dekabrın 5-6-da Bratislavada ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək/Report.


SON XƏBƏRLƏR