Ruhaninin qardaşı həbsxanaya köçürülüb

16-10-2019 [12:56]
İranın Prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Firidun 5 illik cəzasını çəkməsi üçün həbsxanaya köçürülüb.

"Report" xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti (IRIB) məhkumun vəkilinə istinadən məlumat yayıb.

Qeyd edək ki, oktyabrın əvvəlində İran məhkəmə hakimiyyətinin nümayəndəsi Qulamhüseyn Esmaili Ruhaninin qardaşının rüşvət aldığına görə 5 il həbs cəzasına məhkum edildiyini söyləyib. 


SON XƏBƏRLƏR