Gürcüstanda zəlzələ olub

15-10-2019 [23:16]
Oktyabrın 15-də axşam saatlarında Gürcüstanın İmereti regionunda 4,6 bal gücündə zəlzələ baş verib.

Mia.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 18:57-də Xaraqauli qəsəbəsindən 8 kilometr aralıda Çalxeeti kəndində qeydə alınıb.

Tələfat və dağıntı barədə məlumat verilmir.


SON XƏBƏRLƏR