Azərbaycan millisi İsveçrəyə uduzdu

15-10-2019 [22:49]
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Mia.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv II qrupun lideri İsveçrə yığmasını qəbul edib. Sumqayıtdakı "Kapital Bank Arena"da baş tutan ilk rəsmi beynəlxalq matçda qonaqlar qalib gəlib - 0:1.

İsveçrə kollektivinin heyətində 33-cü dəqiqədə Nedim Bayrami fərqlənib. Bu qələbədə sonra xalını 9-a çatdıran qonaqlar ilk pillədəki yerini qoruyub. Azərbaycan millisi isə 3 xalla son sıradadır.


SON XƏBƏRLƏR