BMT Təhlükəsizlik Şurası Avropa ölkələrinin tələbi ilə yenə toplanır - Türkiyəyə görə

15-10-2019 [21:04]

Oktyabrın 16-da Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasında Türkiyə ordusunun Suriyanın şimalında apardığı hərbi əməliyyatlar yenidən müzakirəyə çıxarılacaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, budəfəki müzakirə də Avropa İttifaqı ölkələrinin təşəbbüsü ilə aparılacaq.

Xatırladaq ki, "Barış pınarı" əməliyyatı günün səhəri də Avropanın 5 ölkəsi (İngiltərə, Fransa, Belçika, Almaniya və Polşa) BMT qarşısında belə tələb qaldırmışdı.

Lakin ABŞ və Rusiya veto hüququndan istifadə edərək, Türkiyənin qınanmasıdan bəhs edən qərarın qəbuluna mane olmuşdular.

Mia.az




SON XƏBƏRLƏR