ABŞ-la Rusiya Türkiyəyə tələ qurub? - Menbiçlə bağlı müəmmalı xəbərlər yayılır

15-10-2019 [19:55]

Vaşinqton Moskva ilə Menbiçin Suryanın nəzarətinə verilməsiylə bağlı məxfi razılığa gəlib.

Bu məlumatı "Nyusvik” jurnalı yayıb.

Jurnal ABŞ-ın şəhərdən qoşunlarını çıxarmağa başladığını və Rusiya ordusunun burada möhkəmlənməyə çalışmasını istədiyini yazıb.

Hətta ABŞ-ın bunun üçün Rusiya hərbçilərinə kömək etdiyi və onların bölgədəki təhlükəsiz olmayan zonalardan sürətli keçidini təmin etdiyi bildirilir.

Rusiya Müdafiə Nazirliyi isə xəbərə belə reaksiya verib: "Suriya ordusu Menbiç üzərində tam nəzarəti bərpa edib".

Axar.az



SON XƏBƏRLƏR