Türkiyə milli komandasının başı dərddə - Əsgər salamına görə + FOTO

img

15-10-2019 [18:26]


UEFA futbol üzrə Türkiyə milli komandasına qarşı intizam işi açıb. 

Mia.az xəbər verir ki, Türkiyə yığmasının Avro-2020-nin seçmə mərhələsində Fransa ilə matçda (1:1) vurduqları qolu əsgər salamı ilə qeyd etməsi buna səbəb olub. Onlar Türkiyə ordusunun "Barış pınarı" əməliyyatına dəstəklədiklərini bu yolla göstərib.

UEFA-nın bununla bağlı Türkiyə Futbol Federasiyasını xəbərdar etdiyi, məsələ ilə bağlı izahat istənildiyi vurğulanıb. 

Qeyd edək ki, UEFA-nın bu addımı atmasında Almaniya və Fransanın müraciəti, eyni zamanda mütəxəssislərin sosial şəbəkələrdəki çağırışları olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR