BDU-nun müəllimi əvvəl oğlu üçün rüşvət verdi, daha sonra isə... - Məhkəmə qalmaqalı

15-10-2019 [16:35]
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrik etmədə ittiham edilən 1967-ci il Eldar Yusifovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Mia.az "Report"a istinadla xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

O, təqsirləndirilən şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses davam etdiriləcək.

Qeyd edək ki, Eldar Yusifov tanışı Hüseyn Məmmədovdan külli miqdarda - 50 min pul alaraq, vəzifəli şəxslərə verəcəyini və onun oğlunu hüquq-mühafizə orqanlarına işə düzəldəcəyi vədini verib.

Hüseyn Məmmədov BDU-nun fəlsəfə müəllimdir. İllərdir BDU-da çalışan Məmmədov bir müddət kafedra müdiri olub. Hüseyn Məmmədov rüşvət verdiyi üçün bu işdə zərərçəkmiş kimi yox, şahid kimi tanınıb. O, çıxışında təqsirləndirilənin azadlığa buraxılmasını istəyib.

E.Yusifova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 34, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham verilib. 


SON XƏBƏRLƏR