“Körpü Bina Tikinti” MMC Göyçayın suxur qarışıq torpaq sahələrini hara daşıyır?

img

15-10-2019 [16:02]


Göyçay rayonunda süxur qarışığının qanunsuz daşınması faktı aşkarlanıb.

Mia.az ETSN-ə istinadla xəbər verir ki, Göyçay rayonu ərazisində süxur qarışığının qanunsuz daşınması ilə bağlı nazirliyə daxil olan şikayət yerində araşdırılıb.

Araşdırma zamanı Ucar-Zərdab avtomobil yolunun yenidən qurulması məqsədilə qarışıq süxurun daşınmasının rəsmi icazə və müvafiq sənədləşmə çərçivəsində "Körpü Bina Tikinti” MMC-nin sifarişi əsasında "Azpolt” MMC tərəfindən həyata keçirildiyi məlum olub: "Lakin torpaq daşınması zamanı ekoloji tələblərə əməl olunmadığı, yük avtomobillərinin yük yerinin lazımi toz buraxmayan üzlüklə örtülmədiyi və nəqliyyat vasitələrinin hərəkəti zamanı yaranan tozun ətrafa yayıldığı aşkar edilib. Çatışmazlıqların aradan qaldırılması məqsədilə iş icraçısı "Azpolt” MMC-yə icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR