Türkiyə 1 əsgərinin qanını aldı - 15 YPG-li öldürüldü

img

15-10-2019 [15:37]


Türkiyə Ordusu bu gün "Barış Pınarı" əməliyyatı çərçivəsində növbəti şəhidini verib.

Mia.az xəbər verir ki, bu barədə Türkiyənin  Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, YPG/PYD terror qruplaşması bu gün Türkiyə ordusunun mövqelərini raket atəşinə tutub.

Nəticədə Türkiyənin bir əsgəri şəhid olub, 8-i yaralanıb.

Yaralılar Türkiyədəki dövlət xəstəxanasına çatdırılıb.

Məlumatda o da deyilir ki, cavab zərbəsi ilə 15 terrorçu məhv edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR