Ərdoğan Bakıda Dədə Qorquddan məsəl gətirdi: “Yaxşı dost yaxşı gündə çağırıldığında..."

img

15-10-2019 [13:36]


"Barış pınarı" əməliyyatının hədəfi PKK/YPG-PYD-nin aradan qaldırılması, 3,6 milyon suriyalı qaçqının evlərinə dönməsidir. Bu gün hərəkatın 7-ci günüdür. Suriyada min km ərazini terroçudan təmizləmişik"

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bakıda keçirilən VII Zirvə Görüşündə deyib. 

O bildirib ki, Türkiyə ilkin mərhələdə bir milyon, sonra isə öz istəklərinə uyğun iki milyon suriyalının evlərinə dönməsini təmin edəcək: "Terrora qarşı mübarizəmizi dəstəkləyən liderlərə təşəkkür edirik. Dədə Qorqud demiş: "Yaxşı dost yaxşı gündə çağırıldığında, çətin gündə çağırılmayanda gələndir".

Digər xəbərlər
SON XƏBƏRLƏR