Azərbaycanlı tələbənin qatili kimdir? - Ukraynanın hüquq-mühafizə orqanlarına nota göndərildi

img

15-10-2019 [13:15]


Bir neçə gün öncə Kiyevdə Azərbaycan vətəndaşı Cavid Hacıyevin qətlə yetirilməsi faktı ilə əlaqədar olaraq Ukraynanın hüquq-mühafizə orqanlarına nota göndərilib.

Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.

"Cinayəti törətməkdə şübhəli bilinən Əli Abdullayevin tezliklə tutularaq məhkəmə qarşısına çıxarılması üçün beynəlxalq axtarış elan edilib, əməliyyat-axtarış tədbirləri və işin gedişatı səfirliyin tam nəzarətində saxlanılır", - deyə, səfirlikdən bildirilib/Report.

Qeyd edək ki, öldürülən Cavid Hacıyev Kiyevdə tələbə olub. 

Qatil isə Ə.Abdullayev "Altes Qrup"un prezidenti Rüstəm Abdullayevin qardaşı oğludur.

Digər xəbərlər
SON XƏBƏRLƏR