Sumqayıtda qəza törədib qaçan sürücü saxlanılıb

img

15-10-2019 [12:13]


Sumqayıtda qəza törədib qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 12-də şəhər sakini Ramin Hüseynovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "Mitsubishi” markalı avtomobilin sürücüsü, Sumqayıt sakini S.Dadaşov saxlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR