Gürcüstanda azərbaycanlı qızı qaçıran iki gənc saxlanılıb

img

15-10-2019 [11:51]


Gürcüstanın Qardabani rayonunda 19 yaşlı azərbaycanlı qızı qaçıran iki gənc saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan 1990 və 1991-ci il təvəllüdlü şəxslər Təzəkənd kəndində qızı evlənmək məqsədilə zorla qaçıraraq onu maşınla Marneuli rayonuna aparıblar.

Onlar İkinci Kosalı kəndinə çatan zaman qız qaçmağa müvəffəq olub. Qızı qaçıranlar isə hadisə yerindən uzaqlaşıblar.

Saxlanılan azərbaycanlı gənclərlə bağlı qanunsuz azadlıqdan məhrumetmə maddəsi üzrə cinayət işi açılıb. Onları 7 ildən 10 ilədək həbs cəzası gözləyir/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR