İSBAM-da yeni - Təyinatlar

img

14-10-2019 [21:49]


İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli tərəfindən yeni təyinatlarla bağlı əmr imzalanıb.

Qurumdan Mia.az-a verilən məlumata görə, əmrə əsasən Həmid Qara oğlu Cəfərov sədrin müşaviri, Aidə Rəcəb qızı Şirinovaİlhamə Cəlal qızı Qəsəbova departament rəhbərləri, Mirağa Hüseynağa oğlu Qafarov sədrin köməkçisi vəzifələrinə təyin ediliblər. 

Bildirilib ki, Həmid Cəfərov uzun illər Daxili İşlər orqanlarında yüksək vəzifələrdə çalışmış, Daxili İşlər Nazirliyinin siyasi şöbəsinin rəisi olmuşdur. Hüseyn Cavidin cənazəsini Sibirdən Azərbaycana gətirən komisiyanin sədri olmuş, ehtiyatda olan polkovnik və müharibə veteranıdır. 

Aidə Şirinova Daxili İşlər orqanlarında yüksək vəzifələrdə çalışmış, Bərdə özünümüdafiə batalyonunun komandir müavini olmuş, Qarabağ veteranıdır.

İlhamə Qəsəbova AMEA folklor İnstitutunun əməkdaşıdır. Filologiya Elmlər üzrə fəlsəfə doktoru, Dosentdir. Prezident təqaüdçüsüdür.

Mirağa Qafarov ali təhsillidir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR