Qarabağın Azərbaycanlı İcması bəyanat yaydı

img

14-10-2019 [18:01]


"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın rəhbəri Tural Gəncəliyev bəyanat yayıb.  

Mia.az həmin bəyanatı təqdim edir: 

"11 oktyabr 2019-cu ildə Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində Ermənistan və Dağlıq Qarabağdakı cinayətkar rejim tərəfindən "Ədalət və Sülh Naminə Əməkdaşlıq - Artsaxın Dostları” adlı "forum” keçirilib. "Forum”un yekun "bəyannamə”sində bir sıra absurd fikirlər yer alıb. "Bəyannamə” də insan hüquqları sahəsində beynəlxalq hüquqi sənədlərdə təsbit edilmiş azadlıq, demokratiya və bərabərlik prinsipləri əsas götürülərək "ProArtsakh” adlı beynəlxalq şəbəkənin yaradıldığı elan edilir.

Əvvəlcə qeyd edim ki, bu cür şəbəkənin yaradılmasında məqsəd Ermənistanın beynəlxalq hüququn prinsipləri çətiri altında öz qanlı cinayətlərini ört-basdır etmək cəhdidir. Təəccüblüdür, bəs Ermənistan yüz minlərlə azərbaycanlını öz yurdundan didərgin salanda, Xocalı, Qaradağlı və bu kimi soyqırımlar törədəndə, 20 mindən çox azərbaycanlını qətlə yetirəndə, 4 minə yaxın əsir və girovluqda olan soydaşlarımıza işgəncə verəndə, qaçqın və məcburi köçkünlərin evlərinə qayıtmaq hüququnu tapdalayanda niyə insan hüquqları prinsipi onun yadına düşmürdü?

Bəyannamədə daha bir absurd məsələ oyuncaq "Artsaxın beynəlxalq səviyyədə tanınması - bölgədəki sabitliyin və əmin-amanlığın açarıdır” ifadəsidir ki, buda özü-özünü aldatmaqdan başqa bir şey deyil. Mən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri kimi bəyan edirəm ki, Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlardan olan azərbaycanlılar evlərinə qayıtmayınca, bölgədə sabitliyin və əmin-amanlığın bərqərar olması mümkünsüzdür. Əgər Ermənistan həqiqətən də əsl ədalət və sülh axtarırsa, onda bunu "Ədalət və Sülh Naminə Əməkdaşlıq” adlı qondarma "forum” keçirməklə deyil, işğalçı qüvvələrini ölkəmizin ərazilərindən çıxarmaqla tapa bilər." 

Digər xəbərlər
SON XƏBƏRLƏR