Ərdoğan Bakıda Bəxtiyar Vahabzadənin şeirini oxudu: "Eşqimiz bir, yolumuz bir..."

img

14-10-2019 [17:40]


"Biz Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik".

Mia.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Dünya Türk İş Şurasının toplantısında bildirib.

Türkiyə prezidenti Bəxtiyar Vahabzadənin "Azərbaycan-Türkiyə” şeirindən bir bəndi birlik üçün örnək göstərib: 

"Dinimiz bir, dilimiz bir, 
Ayımız bir, ilimiz bir,
 Eşqimiz bir, yolumuz bir, 
Azərbaycan-Türkiyə”.

Rəcəb Tayyib Ərdoğan Türkmənistanı da ayrı tutmadıqlarını, dilimizin, dinimizin bir olduğunu vuruğulayıb. 

Qeyd edək ki, Türkmənistan Şuranın üzvü deyil.

O, İsmayıl Qaspıralının "Dildə, işdə, fikirdə birlik” şüarının həyata keçməsinin tam zamanının çatdığını vurğulayıb. 

Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyətindən danışarkən deyib: "Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, "Bir millət, iki dövlətin" iki diasporu olmaz”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR