Goranboyda qadının döyülməsi faktı: cinayət işi başlanıb

img

14-10-2019 [14:27]


Goranboy rayonunda qadının qonşuları tərəfindən döyülməsi faktı ilə bağlı cinayət işi başlanıb. 

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan Mia.az-a verilən məlumata görə, Goranboy rayon Əlirzalı kənd sakini Sahilə Ələkbərova polisə şikayət edərək onun qonşuları Firduz Dəmirova, oğlu Ariz Knyaz oğlu Dəmirov və qızı Fəridə Dəmirova onu döyərək sağlamlığına zərər vurub. 

Şikayətlə bağlı Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları dərhal araşdırmalar aparıb və S.Ələkbərovaya aralarında olan şəxsi münasibətlər zəminində yüngül xəsarətlər yetirən A.Dəmirovun barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açılıb. 

Lakin A.Dəmirovun həm psixi həm də fiziki problemləri olduğu üçün saxlanılmayıb, lakin polis nəzarəti altına verilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR