İcra başçısı müavinini işdən çıxardı - Sakinlər şikayət edib...

img

14-10-2019 [13:46]


Ağsunun yeni icra başçısı Vahid Tağıyev müavini İqbal Mikayılovu tutduğu vəzifədən azad edib. 

Mia.az-ın məlumatına görə, İqbal Mikayılovun işdən çıxarılması oktyabrın 11-də rayon sakinləri ilə görüşdə icra başçısına daha çox ondan şikayət edilməsi olub. İqbal Mikayılov sakinlərin şikayətləri qarşısında susub. Bundan sonra icra başçısı onu işdən azad edib.

Məlumatı dəqiqləşdirmək üçün "Yeni Sabah”ın əməkdaşı İqbal Mikayılovla əlaqə saxlayıb. O, işdən çıxarıldığını təsdiqləyib. 

İqbal Mikayov bildirib ki, işdən çıxarılması öz ərizəsi əsasında baş tutub. 

"Həm yorulmuşam, həm də səhhətim imkan vermir. Ona görə də işdən çıxmağım barədə ərizə yazıb başçıya təqdim etmişəm”, - deyə İqbal Mikayılov bildirib.

Keçmiş müavin sakinlərin icra başçısı ilə görüşündə baş verənlər barədə bunları deyib: "İşləyirsənsə, şikayət olmalıdır. İşləyən adamdan həmişə şikayət olur. Lakin mən öz ərizəmlə işdən çıxmışam”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR