Azərbaycan-Türkiyə-Gürcüstan XİN başçılarının Tbilisi görüşü təxirə salınıb

img

14-10-2019 [12:32]


Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirilərinin oktyabrın 16-da Tbilisidə keçirilməsi planlaşdırılan səkkizinci üçtərəfli görüşü təxirə salınıb.

Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Məlumata əsasən, müvafiq qərar Türkiyənin müraciəti əsasında qəbul edilib.

Görüşün keçiriləcəyi yeni tarix hələlik məlum deyil.

Qeyd edək ki, Azərbaycan-Gürcüstan-Türkiyə formatında XİN başçılarının son yeddinci üçtərəfli görüşü ötən ilin oktyabrın 29-da İstanbul şəhərində keçirilib.

Üçtərəfli formatda ilk görüş 2012-ci ildə Türkiyənin Trabzon şəhərində baş tutub/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR