""Qarabağ Azərbaycandır!" şüarını beynəlxalq idman arenalarında da səsləndirəcəyik" - Akşin Hüseynov

14-10-2019 [11:02]
"Prezident İlham Əliyevin Soçi şəhərində Valday Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi "Qarabağ Azərbaycandır!” mesajı gündəmi əsaslı surətdə dəyişdirib.

Mia.az xəbər verir ki, İlham Əliyev "Qarabağ Azərbaycandır!” çağırışını səsləndirdikdən sonra yeni bir hərəkat - "Qarabağ Azərbaycandır!” hərəkatı yaradılıb.

Bu barədə sayta açıqlama verən "Qarabağ Döyüş Növləri" klubunun rəhbəri və yeni hərəkatın rəhbəri Akşin Hüseynov deyibki, həqiqət budur ki, vətənini, millətini sevən yüz minlərlə vətəndaş qısa vaxtda bu hərəkata qoşulub: "Biz də "Qarabağ Azərbaycandır!" hərəkətinin fəal iştirakçısı olmağı, Prezident İlham Əliyevin ətrafında sıx birləşməyi özümüzə borc bilərək bu hərəkata qoşulub "Qarabağ Döyüş Növləri" klubunu təsis etmək qərarına gəldik. Bu ilin sonunda ölkədə keçiriləcək dünya kubokunda  klubumuz "Qarabağ Azərbaycandır!" şüarı ilə iştirak edəcək və bu mesajı beynəlxalq idman arenalarında da səsləndirməyə çalışacaq".


SON XƏBƏRLƏR