Mingəçevirdə evdən oğurluq edən şəxslər saxlanılıb

14-10-2019 [10:23]
Mingəçevirdə evdən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Mia.az-a verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinə evdən dəyəri 600 manat olan köhnə istilik sistemlərinin oğurlanması barədə müraciət daxil olub.

Daxil olan müraciət əsasında polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, müvafiq araşdırmalar aparılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər, Mingəçevir şəhər sakinləri Sadiq Mehdiyev və əvvəllər də oğurluğa görə məhkum olunmuş Bəhruz Səmədov saxlanılıb. 

Saxlanılan şəxslər oğurladıqları həmin istilik sistemlərini metal qəbulu yerlərinə satdıqlarını etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR