Tanınmış jurnalist Fərzuq Seyidbəyli vəfat etdi

14-10-2019 [10:12]

Tanınmış hərəkatçı, jurnalist, "Strateq.az" saytının əməkdaşı Fərzuq Seyidbəyli bu gün axşam saatlarında vəfat edib.

Xatırladaq ki, Fərzuq Seyidbəyli 8 avqust 1958-ci ildə Naxçıvan MR Şahbuz rayonunun Kolanı kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib.

Milli azadlıq hərəkatının fəallarından və Naxçıvan Xalq Cəbhəsinin yaradıcılarından olub.

Uzun illər jurnalist kimi fəaliyyət göstərən F.Seyidbəyli "Turan" İnformasiya Agentliyində, ANS telekanalında, "Geopolitika XXI əsr", "Unikal"  və s. qəzetlərdə çalışıb. Eyni zamanda peşəkar tərcüməçilik fəaliyyəti ilə də məşğul olub və son 5 ildə "Strateq.az" saytında tərcüməçi işləyib.

Mərhum son illər şəkər xəstəliyindən ciddi əziyyət çəkirdi, hər iki ayağı amputasiya olunmuşdu.

F.Seyidbəyli 14 oktyabr saat 13.30-da Mehdiabad qəbristanlığında dəfn ediləcək.

Allah rəhmət etsin!

 



SON XƏBƏRLƏR