Böyük Quruluş Partiyası: "Bələdiyyələri əhəmiyyətsiz qurum olmaqdan çıxarmaq lazımdır"

13-10-2019 [21:54]
Bu gün partiya başqanı Fazil Mustafanın sədrliyi ilə BQP Siyasi Qurulunun növbəti iclası keçirilib. 

Partiyadan Mia.az-a verilən məlumata görə, iclasda qərarların icra vəziyyəti, ictimai-siyasi vəziyyət, partiyanın bələdiyyə seçkilərində iştirakı haqqında, səlahiyyətli nümayəndələrin və maliyyə məsələləri üzrə səlahyyətli nümayəndələrin namizədlikərinin irəli sürülmsi və digər məsələlər müzakirə olunub.

Siyasi Qurulun iclası öz işinə seçkili orqan üzvləri qarşısında partiya Başqanı, Milli Məclisin deputatı Fazil Mustafanın ictimai-siyasi vəziyyət mövzusunda çıxış ilə başlayıb.

İclasda partiyanın bələdiyyə seçkilərində iştirakı məsələsi geniş müzakirə olunduqdan sonra bələdiyyələrin yetərincə səlahiyyətli olmaması, Azərbaycanda bələdiyyə institutunun lazımi səviyyədə inkişaf etməməsi, yarandığı tarixdən bəri nüfuzlu yerli özünüidarətmə institutuna çevrilə bilməməməsinə baxmayaraq, əhalinin problemləri ilə yaxından tanış olmaq, yerli elektoratın rəyini öyrənmək, partiya üzvlərinin seçki təcrübələrini artırmaq məqsədi ilə Böyük Quruluş Partyasının 2019-cu ilin bələdiyyə seçkilərində iştirakı məqsədəuyğun hesab edlilib. Bununla yanaşı bələdiyyə orqanlarının nüfuzunun artırılmasının qanunvericilikdə onların səlahiyyətlərinin artırılması ilə bağlı olduğunu vurğulanıb: "Bu qurumun müasir dünyadakı kimi ciddi yerli özünüidarə orqanına çevrilməsi üçün icra hakimiyyətlərinin malik olduğu səlahiyyətlərin bir qisminin bələdiyyələrə ötürülməsi vacibdir".

Siyasi Qurul Böyük Quruluş Partiyasını bələdiyyə seçkilərində təmsil edəcək səlahiyyətli nümayəndələrin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin say tərkibi və həmin yerlərə partiya təmsilçilərinin, eləcə də ayrı-ayrı bələdiyyələr üzrə namizədlərin irəli sürülməsi ilə bağlı tövsiyyə xarakterli qərarlar qəbul edib və müvafiq məsələlərin Ali Məclisin təsdiqinə verilməsini məqsədəmüvafiq hesab edib.

İclasda Qarabağa müxtəlif ökələrdən çoxsaylı qonaqların forum adı adı altında səfərlərinə kəskin etiraz edilib: "Xankəndinə "ProArtsakh”forumunda Avropa parlamentinin yunanıstanlı, Rusiyalı, ABŞ-ın Kaliforniya, Los Anceles, Corciya və Miçiqan ştatlarından olan nümayəndələrinin iştirakı Qarabağ məsələsinə ikili standart deyil, müstəqil bir dövlətə qarşı işğalçılığı açıq şəkildə dəstəkləmək xəttidir. Bu, xüsusilə, ABŞ-ın işğalçılığı sitmullaşdıran bir addımı kimi dəyərləndirilməlidir. Azərbaycan hökuməti ABŞ konqresmenlərinin bu cür saymazyana və ölkəmizə qarşı hörmətsiz münasibətinə qarşı ən sərt formada reaksiya verməlidir. Həmsədr ölkələrin nümayəndələrinin Qarabağa qanunsuz səfəri bir daha göstərir ki, Qarabağ məsəlsinin həllində bu ölkələrdən ədalətli və tərəfsiz mövqe gözləmək vaxt itirməkdən başqa bir şey deyil. Millətimizin səfərbərliyi ağıllı formada gücləndirilməli və kimsəyə arxayın olmadan işğalçıları cəzalandırmanın yollarını düşünülməlidir”.

Siyasi Qurulda Türkiyənin Şimali Suriyada apardığı "Barış Pınarı” ("Barış çeşməsi”) əməliyyatına dəstək ifadə olunub: "Böyük Quruluş Partiyası Türkiyənin ərazi bütövlüyünü təhdid edən, sərhədboyu ərazilərində yaşayan əhalinin dincliyini pozan, ələ keçirdikləri ərazilərdə əhalinin demoqrafik tərkibini zorakı yolla dəyişdirən terrorçu qruplaşmaların fəaliyyətlərinin qarşısının alınması və Türkiyəyə sığınan milyonlarla qaçqının öz doğma ölkələrinə qaytarılmasını hədəfləyən beynəlxalq hüquqa söykənən mübarizəsini dəstəkləməklə terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir”.

Sonda cari məsələlər müzakirə olunub və Fazil bəy iştirakçıları maraqlandıran sualları cavablandırıb.


SON XƏBƏRLƏR