12-10-2019 [19:51]
Oktyabrın 12-də Daxili İşlər Nazirliyinin (DİN) Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində aparılmış əsaslı təmir-tikinti və yenidənqurma işlərinin təqdimatına həsr olunmuş mərasim keçirilib.
DİN-dən Mia.az-a verilən məlumata görə, tədbirdə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov iştirak edib.
Məktəbin rəisi, polis polkovniki Mirzeynalabdin Seyidov nazirə şəxsi heyətin mərasimə hazır olması barədə raport verib.
Sonra DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, polis general-mayoru Elçin Həsənov bu təhsil ocağında aparılmış əsaslı təmir, yenidənqurma işləri barədə ətraflı məlumat verib.
Bildirilib ki, ümumi sahəsi 2,7 hektar olan ərazidə yerləşən bütün infrastrukturda – inzibati və yataqxana binalarında, tədris korpusunda, Nəzarət-buraxılış məntəqəsində əsaslı təmir aparılıb, təlim yeri, tir, yeni anbar və qapalı avtomobil boksları, mini futbol, voleybol meydançaları, sanitar qovşaqlar və digər yardımçı sahələr tikilib.
Nazir əsaslı təmir olunmuş yataqxanaya, tədris korpusuna, yeni istifadəyə verilmiş yeməkxana kompleksinə, tibb məntəqəsinə, idman meydançalarına və digər inşa edilmiş yardımçı sahələrə baxıb, burada gənc polis əməkdaşlarının normal yaşamaları və təhsil almaları üçün yaradılmış şəraitlə yaxından tanış olub, görülmüş işləri yüksək qiymətləndirib, müvafiq tapşırıq və tövsiyələrini verib.
Tədbirin yekununda Daxili İşlər naziri V.Eyvazov inzibati binanın akt zalında məktəbin rəhbər və komandir heyəti ilə əməliyyat müşavirəsi keçirib.
Nazir müşavirədə bu gün daxili işlər orqanlarının sıralarında yüksək intellektə, geniş dünya görüşünə və biliyə malik gənclərin uğurla xidmət etdiyini məmnunluqla vurğulayıb, onların ən yaxşı ənənələri davam etdirəcəklərinə, bu təhsil ocağında alacaqları bilik və vərdişlərin cinayətkarlıqla mübarizədə uğurla tətbiq edəcəklərinə əminliyini bildirib.
Nazir məktəbin rəhbər və komandir heyətinə, pedaqoji kollektivinə uğurlar arzulayaraq onlara öz tələb və tövsiyələrini verib.
Sonda məktəbin xidmətdə fərqlənən bir qrup əməkdaşı Daxili İşlər nazirinin müvafiq əmrləri ilə mükafatlandırılıblar.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"