Mətbuat katibindən Əliyev-Paşinyan görüşünə reaksiya: "Qarabağ münaqişəsi müzakirə olunub"

12-10-2019 [16:03]
Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov "Day.az"a Aşqabadda sammit çərçivəsində Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında təmas barədə informasiyanı şərh edib.

Mia.az xəbər verir ki, mətbuat katibi "Ermənistan baş nazirinin mətbuat katibi informasiya şəbəkələrində Aşqabadda sammit çərçivəsində Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında təmas barədə informasiya yayıb. Bununla əlaqədar nə deyə bilərsiniz?, - sualına belə cavab verib: "Sammitdə iştirak edən dövlət başçılarının şərəfinə təşkil olunmuş rəsmi nahar zamanı protokol qaydalarına uyğun olaraq, əlifba sırası ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan yanaşı əyləşiblər. Təbii ki, orada təmas olub. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub".


SON XƏBƏRLƏR