"Barış Pınarı" əməliyyatı: Türk ordusu Resulaynı azad etdi

12-10-2019 [14:58]

Türkiyə ordusu "Barış Pınarı" əməliyyatının 4-cü günü YPG/PKK-nın nəzarətində olan ən böyük rayonlardan birini - Resulaynı terrorçulardan azad edib.

Mia.az Türkiyə mətbuatına istinadla bildirir ki, əməliyyatın ən kritik nöqtələrindən biri sayılan Resulayn bu gün Türkiyə ordusu ilə Azad Suriya Ordusu tərəfindən azad olunub: "Ordu artıq Resulayn bölgəsinə daxil olaraq, rayonda tam hakimiyyətə sahiblənib. Əməliyyat zamanı xeyli silah-sursat ələ keçirilib. Hazırda ərazidə mina axtarışları davam edir".

Faktı Milli Müdafiə Nazirliyi yazılı açıqlama ilə təsdiq edib.

Mia.az


 



SON XƏBƏRLƏR