Gəncədə torpaq üstə mübahisə: qonşu qonşunu güllələdi

11-10-2019 [17:34]
Gəncə şəhərində odlu silahla qətlə yetirilən şəxsin adı məlum olub.

Vaqon deposu deyilən ərazidə ev tikintisi zamanı torpaq üstə mübahisə edərkən şəhər sakini, 1989-cu il təvəllüdlü Zeynalabdin Bəndər oğlu Kərimov odlu silahdan açılan atəş nəticəsində ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib.

***

Gəncədə kişi ov tüfəngi ilə qətlə yetirilib.

Hadisə vaqon deposu deyilən sahədə qeydə alınıb. 

Belə ki, ev tikintisi zamanı torpaq üstə mübahisə yaranıb. Bu zaman Akif İsrafilov ona məxsus əraziyə keçdiyini bildirərək qoşalülə ilə qonşusunu vurub. Sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları hadisəni törədən şəxsi tutub.

Faktla bağlı araşdırma aparılır.

Faktla bağlı araşdırmalar davam etdirilir/Report. 




SON XƏBƏRLƏR