Dağlıq Qarabağın azərbaycanlı icması və Gənclər Fondu gənclərlə görüş keçirib

img

11-10-2019 [16:17]


"Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi ilə Azərbaycan Gənclər Fondunun Dağlıq Qarabağ bölgəsindən olan gənclərlə birlikdə görüşü keçirilib.

"Report"un xəbərinə görə, tədbiri giriş sözü ilə açan Birlik rəhbəri Tural Gəncəliyev icmanın fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında iştirakçılara ətraflı məlumat verib. O, Qarabağdan olan gənclərin ictimai-siyasi fəallığının artırılması, Ermənistanın Azərbaycana qarşı apardığı informasiya müharibəsində aktiv mübarizə aparmağın yolları haqqında çıxış edib.

T.Gəncəliyev azərbaycanlı gəncləri sosial media sahəsində aktiv olmağa çağırıb.

Tədbirdə çıxış edən Gənclər Fondunun icracı drektoru Fərid Cəfərov isə fondun fəaliyyəti, həyata keçirdiyi layihələr, qrant müsabiqələri haqqında məlumat verib. O, Dağlıq Qarabağ bölgəsindən olan gəncləri əməkdaşlığa dəvət edib. F.Cəfərov dövlətin gənclər siyasətinin əsas istiqamətlərindən birinin təhsillə bağlı olduğunu qeyd edib.

Azərbaycan əhalisinin 1/3 hissəsinin 14-24 yaşlı gənclərin təşkil etdiyini bildirən F.Cəfərov bunun cəmiyyətdə böyük bir auditoriya olduğunu vurğulayıb.

Tədbirdə "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması"nın İdarə Heyətinin üzvü, millət vəkili Flora Qasımova da gəncləri erməni yalanlarına qarşı aktiv olmağa çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR