Gürcüstanın XİN başçısı "Keşikçidağ"la bağlı parlamentə çağırılıb

11-10-2019 [15:46]
Gürcüstanın xarici işlər naziri David Zalkaliani noyabrın 29-da parlamentin plenar iclasında çıxış edəcək.

Naziri qanunverici orqana Vətənpərvərlər Alyansı Partiyası çağırıb.

XİN başçısının parlamentə çağırılmasının səbəbi Azərbaycanla sərhəddə yerləşən Keşikçi Dağı Məbəd-Kompleksi ətrafında inkişaf edən hadisələrdir.

Reqlamentə əsasən, D.Zalkaliani deputatlar qarşısında çıxış edərək onların suallarını cavablandıracaq. Daha sonra siyasi debatların keçiriləcəyi nəzərdə tutulub/Report. 


SON XƏBƏRLƏR