Maliyyə Bazarlarına Nəzarət Palatasına ayrılmış vəsaitlərlə bağlı - Rəsmi yoxlama

11-10-2019 [15:34]
Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.

Mia.az Palataya istinadla xəbər verir ki, iclasda dövlət büdcəsindən fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına ayrılmış vəsaitlərin istifadəsinə dair auditor hesabatı müzakirə edilib və müvafiq qərar qəbul olunub. 

Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının və auditor hesabatının göndərilməsi, Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınmışdır.


SON XƏBƏRLƏR