Gürcü spiker: "Keşikçi dağ məsələsi ikitərəfli əməkdaşlıq yolu ilə həll olunmalıdır"

11-10-2019 [13:54]
"David Qareci (Keşikçi dağ) ilə bağlı məsələ ikitərəfli əməkdaşlıq yolu ilə həll olunmalıdır".

Bu barədə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı spesifik addımlar atılıb: "Baş nazir Giorgi Qaxariyanın Azərbaycana səfəri konkret nəticələr verib. Hesab edirəm ki, biz bu pozitiv trendi saxlayacağıq və sonda optimal qərar əldə edəcəyik".

Spiker qeyd edib ki, Keşikçi dağ məsələsi milli əhəmiyyət kəsb edir.

O, məbəd kompleksinin bu gündən etibarən gürcü zəvvarlar üçün açılmasını alqışlayıb/Report.


SON XƏBƏRLƏR