Bakıda qadın maşının altına yıxılaraq öldü

img

11-10-2019 [13:41]


Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Mia.az DİN-ə istinadla bildirir ki, oktyabrın 10-da saat 19 radələrində Səbail rayonunun Yeni Salyan yolu küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən Abşeron rayon sakini Aidə İsmayılova vurulub və həmin şəxs zərbədən qarşıdan gələn Bakı şəhər sakini C.Abdullayevin idarə etdiyi "Wolkswagen” markalı avtomobilin altına düşüb.

Nəticədə piyada hadisə yerində ölüb.

Səbail Rrayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR