Bakı sakininin bank hesabından pul çıxarılıb

11-10-2019 [13:28]
Bakı sakininin bank hesabından pul çıxarılıb.

Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Bölməsinə müraciət edən Binə qəsəbə sakini E.Qənbərov oktyabrın 9-da saat 19 radələrində qəsəbə ərazisində 2 nəfərin onu aldadaraq bank hesabından 200 manatını çıxarmasını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar - qəsəbə sakini T.Əliyev və Ucar rayon sakini S.Hüseynov saxlanılıb.


SON XƏBƏRLƏR