DİN 3 nəfərin ölümü ilə bağlı açıqlama yaydı

11-10-2019 [13:37]
Daxili İşlər Nazirliyi ötən gün Xızı rayonunun Yeni Yaşma qəsəbəsi ərazisində baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, oktyabrın 10-da saat 11 radələrində Xızı rayonunun Yeni Yaşma qəsəbəsi ərazisində rayon sakini T.Allahverdiyev idarə etdiyi "VAZ 2107” markalı avtomobili qarşıda gedən Bakı şəhər sakini İ.Qasımovun idarə etdiyi "MAN” markalı yük avtomobilinə vurub.

Nəticədə T.Allahverdiyev və sərnişinləri olan anası Lalə Məmməd qızı və arvadı Nazilə Süleymanova hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


SON XƏBƏRLƏR