İrana məxsus neft tankeri vuruldu - Səudiyyə yaxınlığında + FOTO

11-10-2019 [11:46]
Səudiyyə Ərəbistanının Ciddə şəhəri yaxınlığında dənizdə üzən İrana məxsus neft tankeri vurulub.

Mia.az İRNA-ya istinadla bildirir ki, tankerə iki raket atəşi açılıb.

Məlumata görə, partlamadan sonra tankerdəki neft dənizə axmağa başlayıb.

Rəsmi Tehran hadisəni terror adlandırıb.

Bildirilib ki, hadisə zamanı ekipaj üzvlərindən heç kim xəsarət almayıb və hazırda bütün dənizçilər təhlükəsiz ərazidədir.


SON XƏBƏRLƏR