Azərbaycanlı futbolçu Fransaya niyə buraxılmadı?

img

10-10-2019 [21:17]


Fransaya buraxılmayan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Tural Bayramlı Bakıya yola düşüb. 

AFFA xəbər verir ki, U-21-in heyətində Fransa ilə matça yollanan T.Bayramlı bu gün AFFA-nın köməkliyi ilə Azərbaycana geri dönmək üçün Fransanı tərk edib və tranzit olaraq Türkiyənin İstanbul şəhərindən Bakıya yollanıb.

Qeyd edək ki, məsələ ilə bağlı AFFA Azərbaycan Respublikasının Fransadakı səfirliyi ilə birgə araşdırma aparıb və futbolçunun Fransa ərazisinə buraxılmamasının səbəbi ilkin araşdırmaya görə, ötən mövsüm Latviyada, "Dauqavpils" klubunda çıxış edərkən müvafiq qaydada iş icazəsi almaması ilə bağlıdır. Oyunçu oktyabrın 8-də Parisin Şarl De Qoll hava limanında sərhəd xidmətinin əməkdaşları tərəfindən Fransaya buraxılmayıb/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR