"Türkiyə qaydalarla oynamazsa, vuracağam!" - Tramp yenə təhdid etdi

10-10-2019 [19:50]
"Türkiyə qaydalarla oynamazsa,  iqtisadi sanksiyalarla vuracağam!”.

Mia.az xəbər verir ki, bunu "Tvitter”dəki hesabında ABŞ prezidenti Donald Tramp yazıb.

O bildirib ki, Türkiyə uzun müddətdir kürdlərə hücum etməyi planlaşdırır: "Onlar əbədi mübarizə aparıblar. Hücum bölgəsinin yaxınlığında heç bir əsgər və ya hərbçimiz yoxdur. Döyüşlərə son qoymağa çalışıram. Hər iki tərəflə söhbətim olacaq. Təkrar edirəm, Türkiyə qaydalarla oynamazsa, sanksiyalarla vuracağam! Prosesi yaxından izləyirəm”.

Xatırladaq ki, bir neçə gün əvvəl Tramp oxşar tvit atmışdı. Bundan sonra Ağ Ev açıqlama yayaraq, Trampın Türkiyənin Suriyaya son əməliyyatına razı olmadığını bəyan etmişdi.

Bu gün isə Dövlət katibi Pombeo "Türkiyənin sərhədində terror təhlükəsi var. Türkiyə özünü qorumaq haqqına sahibdir", bəyanatı verib.

Tramp isə, görünür, ənənəvi tvitlərindən xilas ola bilmir...

Mia.az


SON XƏBƏRLƏR