İcra başçısı sakinlərlə görüşdü: problemlər öyrənildi, müvafiq tapşırıqlar verildi - FOTOLAR

img

10-10-2019 [19:37]


Bu gün Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Yeni Suraxanı qəsəbəsində 101 nömrəli tam orta məktəbin akt zalında sakinlərlə növbəti səyyar qəbul-görüşü olub.

İH-dən Mia.az-a verilən məlumata görə, görüşdə dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak edib.

Səyyar qəbul-görüşdə sakinlərə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən carin ilin birinci yarısında qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verilərək bildirilib ki, Azərbaycan dövlətinin sosial sahədə, insanların rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər davam edir: "Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı sərəncamlarla minimum əməkhaqqının, eləcə də bir sıra sahələrdə çalışan işçilərin aylıq vəzifə maaşları artıb".

Sakinlərə ölkə başçısının yeni sosial paketi barədə tam dolğunluğu ilə məlumat verilərək vurğulanıb ki, dövlət başçısının iyunun 18-də imzaladığı 17 sərəncamla ilin əvvəlindən start götürən sosial islahatların ikinci mərhələsi başlayıb: "Bu mərhələdə minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata çatdırılmış, hərbi və hüquq mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları artırılmışdır. Artımlar ümumilikdə 20-50 faiz təşkil edir. İkinci sosial paket çərçivəsində həyata keçirilən tədbirlər 1 milyon 350 min nəfər vətəndaşın əməkhaqqının artımına səbəb olmuşdur. Bu da ölkə üzrə muzdla işləyənlərin 80 faizini təşkil edir. Həmin insanlardan 1 milyonu dövlət, qalanları özəl sektorda işləyənlərdir. 750 min nəfərin pensiyasında artım baş vermişdir. Bu isə ölkədə ümumi pensiyaçıların təqribən 60 faizi deməkdir. Digər pensiyaçılara gəldikdə, 2020-ci ilin yanvarından bütün pensiyalar artacaq".

Rayon rəhbəri daha sonra qəbul edilən Dövlət Proqramlarının icrası nəticəsində Suraxanı rayonunda, o cümlədən Yeni Suraxanı qəsəbəsində görülmüş işlər barədə danışıb və 2019-2013-cü illəri əhatə edən dövlət proqramında icrası nəzərdə tutulmuş abadlıq-quruculuq işlərini sakinlərin diqqətinə çatdırıb.

Rayon rəhbəri səyyar qəbul-görüşdə sakinləri narahat edən müxtəlif məsələlərə aydınlıq qətirib, qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.



Digər xəbərlər
SON XƏBƏRLƏR