YPG/PYD terrorçuları Türkiyəni raket atəşinə tutdu: 4 mülki şəxs öldü, 70 yaralı var

img

10-10-2019 [19:26]


Suriyada məskunlaşan PYD/YPG terrorçuları Türkiyənin Akçakale və Nusaybin rayonlarını raket atəşinə tutublar.

Mia.az xəbər verir ki, bu barədə Şanlıurfa valiliyi rəsmi açıqlama yayıb.

Bildirilib ki, atəş nəticəsində biri körpə uşaq olmaqla, 2 nəfər şəhid olub: "Terrorçuların raket atəşi nəticəsində 9 aylıq Suriya kökənli Məhəmməd Ömər və Akçakale Vergi Dairəsinin əməkdaşı Cihan Günəş şəhid olub, ümumilikdə 46 nəfər isə yaralanıb".

Qeyd edək ki, terrorçular Mardinin kəndlərini də də atəşə tutublar.

Valilikdən verilən məlumata görə, raket atəşi nəticəsində 2 nəfər həlak olub, 24 nəfər yaralanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR