10-10-2019 [18:18]
Oktyabrın 10-da Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mia.az DİN-ə istinadla xəbər verir ki, geniş potensiala malik ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini xatırladan Daxili İşlər naziri Vilayət Eyvazov qonlara ölkə Prezidentinin rəhbərliyi altında respublikamızda həyata keçirilən köklü hüquqi-demokratik və sosial-iqtisadi islahatlar, cinayətkarlıqla mübarizə, sabitliyin bərpası, kriminogen durumun nəzarətə götürülməsi, ictimai qaydanın qorunması, həmçinin, DİN-in əsas hüquq və vəzifələri, o cümlədən yol hərəkəti təhlükəsizliyinin təmini barədə məlumat verib.
Azərbaycan-Avstriya münasibətləri barədə danışan nazir V.Eyvazov iki ölkənin Daxili İşlər nazirlikləri arasında sıx işgüzar əlaqələrin mövcudluğunu, bu əməkdaşlığın beynəlxalq hüquqi sənədlər əsasında həyata keçirildiyini qeyd edib. Avropa ölkələrinin polis təşkilatları arasında Avstriya DİN-in ölkəmizin analoji qurumu ilə ikitərəfli əlaqələr quran ilk orqan olduğunu diqqətə çatdıran cənab V.Eyvazov polis təlimi və ixtisasartırma sahəsində iki mühüm sənədin imzalandığını, qarşılıqlı səfərlərin əməkdaşlığın daha da dərinləşməsinə təkan verdiyini xüsusi vurğulayıb.
A.Rayxhardt səmimi qəbula və ətraflı məlumata görə minnətdarlıq edərək, ölkəmizin sürətli inkişafından, Bakının dünyanın ən gözəl və ən təhlükəsiz şəhərlərindən biri olmasından, burada özünü çox rahat və təhlükəsiz hiss etməsindən məmnunluğunu ifadə edib. O, bütün sahələrdə, o cümlədən yeni informasiya texnologiyalarının tətbiqi, hüquq-mühafizə fəaliyyəti sahəsində təcrübə və məlumat mübadiləsinin əhəmiyyətini nəzərə çatdıraraq ikitərəfli əlaqələrin daha da genişlənməsinə öz töhfələrini verəcəyini bildirib.
Səmimi və işgüzarlıq şəraitində keçən görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.
Qəbulda Avstriya və Azərbaycanın fövqəladə və səlahiyyətli səfirləri - Bernd Bayerl və Qalib İsrafilov qəbulda iştirak ediblər.
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb