Oqtay Şirəliyev baş direktoru işdən çıxardı - Yeni təyinat

10-10-2019 [15:57]

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş direktoru işdən çıxarılıb.

Mia.az Report-a istinadla xəbər verir ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Yusif Hüseyn oğlu Quliyev tutduğu vəzifədən azad edilib.

Bu vəzifəyə baş direktorun müavini Ənvər Lumanov təyin olunub.

Səhiyyə Nazirliyi faktı təsdiqləyib.





SON XƏBƏRLƏR