"Gəlin, mənə kömək edin!" - Sabiq deputat müxalifətçilərə səsləndi

img

10-10-2019 [14:49]


Keçmiş millət vəkili Gülər Əhmədova müxalifətə müraciət edib. 

Mia.az xəbər verir ki, o, Reaksiya TV-yə müsahibəsində müxalifətdən ona bəraət almaqda yardımçı olmağı xahiş edib: 

"Siz haqq tərəfdarı deyilsiniz, cənab müxalifətçilər?! Siz ədalət tərəfdarı deyilsiz, cənab müxalifətçilər?! Həmişə məhkəmələrdən şikayət etmirisnizmi, cənab müxalifətçilər?! 

Mən YAP üzvü deyiləm, evdar qadınam. Gəlin, mənə kömək edin! Yoxsa mütləq müxalifət partiyasının üzvü olmaq lazımdır? Yoxsa, yalnız əqidəni satmaq, iqtidarı söymək lazımdır? Adi vətəndaşam, heç kimi söymürəm, sakitçiliklə xahiş edirəm, gəlin mənə kömək edin”.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin 2012-ci ilin sentyabrında yaydığı videodan sonra Gülər Əhmədova öz deputat mandatından imtina edib. Daha sonra onun barəsində həbs-qətimkan tədbiri seçilib və o, 2013-cü ilin ilin fevralında həbs edilib. 

Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilən Gülər Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. 

2014-cü ildə isə Gülər Əhmədovaya Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza təyin edilib və o azadlığa çıxıb.

Hazırda Gülər Əhmədova bu iş üzrə bəraət almağa çalışır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR