Bakıda evin həyətindən tikinti materialları oğurlayan iki nəfər saxlanılıb

img

10-10-2019 [12:39]


Bakıda evin həyətindən 1000 manat dəyərində inşaat materialları oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 6-da rayon ərazisindəki evlərdən birinin həyətindən 1000 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Ramana qəsəbə sakinləri olan 1 yeniyetmə və əvvəllər məhkum olunmuş O.Rzayev saxlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR