İnam Kərimovun müavini vəzifədən çıxarıldı - Heydər Əsədovun kadrını əvəzləyən kimdir?

img

10-10-2019 [10:48]


Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov vəzifəsindən azad edilib.

Onun yerinə Elçin Zeynalov təyin olunub.

Yeni nazir müavini indiyə qədər Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru vəzifəsində çalışıb/Report.

Mia.az bildirir ki, Seyfəddin Talıbov Ermənistanın Kalinin rayonunda doğulub. O, KTN-dən əvvəl Hesablama Palatasında şöbə müdiri işləyib. Heydər Əsədov İsmət Abbasovun yerinə nazir təyin olunduqdan sonra, keçmiş kadrinı da özü ilə KTN-ə gətirmişdi...

Elçin Zeynalov da əslən Qərbi Azərbaycandır. O,  2013-cü ilin aprelindən İKT-nin İnkişafı Dövlət Fondunun icraçı direktoru vəzifəsində işləyib. İnam Kərimov 2018-ci ildə onu özünə müşavir, elə həmin ilin noyabrında isə KTN-də qeyd edilən vəzifəyə gətirib. 

Göründüyü kimi, o, cəmi 11 ay içində isə o, nazir müavini vəzifəsinə yüksəlməyi bacarıb...

Mia.az




Digər xəbərlər
SON XƏBƏRLƏR