Bu gün bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq

img

10-10-2019 [10:17]


Bu gün saat 10:00-dan Samux rayonunun 4 yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılıb.

"Azəriqaz”dan Mia.az-a verilən məlumata görə, ki, buna səbəb "Samux Əhali” ölçü qovşağından qidalanan qaz xətlərində texniki baxış zamanı aşkar olunmuş qaz sızmalarının ləğvi və yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə bağlı işlərin icra olunmasıdır.

Bundan başqa, bu gün saat 14:00-dan etibarən Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospektində yerləşən "Asan Həyat” kompleksinin qazanxanasının qazlaşdırılması məqsədilə yeni çəkilmiş orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri görüləcək. Həmin vaxt Ağcabədi şəhəri, bir neçə kənd və qəsəbədə qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR