Ərdoğan Putinə Suriyaya yeni əməliyyatın təfərrüatı haqda məlumat verdi

img

09-10-2019 [16:53]


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşdə əsasən Suriyadakı vəziyyət müzakirə olunub.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin Fərat çayının şərqində planlaşdırdığı antiterror əməliyyatının Suriyanın sülh və sabitliyə qovuşması üçün mühüm əhəmiyyət daşıdığını, suriyalıların hüquq və mənafelərinin qorunmasının Türkiyə üçün önəmli olduğunu rusiyalı həmkarının diqqətinə çatdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR