Abşeron sakinini soyan 4 nəfər saxlanıldı

img

09-10-2019 [13:52]


Abşeronda quldurluq hadisəsi baş verib.

Mia.az DİN-ə istinadla bildirir ki, Abşeron Rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakini T.Baxşıyev oktyabrın 5-də saat 3 radələrində 4 nəfərin onu döyərək 550 manatını aldıqlarını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər - Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Babayev, Yevlax rayon sakini T.İmranov, Gədəbəy rayon sakini M.Ələsgərov polis əməkdaşları tərəfindən saxlanılıb.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR